
Biz kimik?
MarkClub – marketinqlə maraqlanan, bu sahədə ixtisaslaşmaq istəyən şəxsləri, ən son trendlərdən xəbərdar etmək, lazımi resurslarla təmin etmək və Azərbaycanda marketinqin inkişafını öz fəaliyyətləri çərçivəsində stimullaşdırmağı hədəfləyən bir platformadır. Əsas prioritetimiz, maraq dairəsi marketinq olan hər bir istifadəçinin Azərbaycan dilində, vahid mənbədən bu sahəyə aid yenilikləri, gündəlik məlumatları rahat şəkildə əldə edə bilməsini təmin etməkdir. Bir sözlə, adıçəkilən sahəyə həm nəzəri, həm də praktiki şəkildə öz töhvəmizi vermək üçün xidmətinizdəyik!
Nə edirik?
– Ölkədə marketinq sahəsinə yeni qoşulmuş və ya biliklərini dərinləşdirmək istəyən şəxslər üçün, onların sektorun profesional şəxsləri ilə görüşünü təmin edəcək tədbirlər (seminar, təlim, vebinar) həyata keçirmək;
– Marketinqlə maraqlanan şəxslərdə, bu sahəyə dair nəzəri biliklərin artırılması məqsədilə, marketinqin müxtəlif sahələrinə aid bloq yazıları hazırlamaq.
– Sizi marketinq sektorunda baş vermiş ən son yeniliklərdən, xəbərlərdən, ən yeni trendlərin, o cümlədən vakansiyalardan operativ şəkildə xəbərdar etmək;
– Rəqəmsal Marketinq üzrə konsultasiya xidməti həyata keçirmək;
– Marketinqə dair kitabların daha sərfəli qiymətə sizlər üçün satışını təmin etmək;
– Bu sektorda fəaliyyət göstərən ekspertlərdən müxtəlif mövzularda müsahibələr götürərək sizlərlə bölüşmək.
