Media Mərkəzi

>
>
>
2020-ci ildə Google`da ən çox hansı söz axtarılıb?

2020-ci ildə Google`da ən çox hansı söz axtarılıb?

Google, qlobal olaraq 2020-ci ildə istfadəçilərin ən çox axtardığı sualı açıqladı. “Niyə?” Google Data məlumatlarına görə digər ən çox axtarılanlar sözlər “kimdə var?”“stokda” sözləri olub. Açıqlanan məlumatlar, istfadəçilərin ən çox təməl və praktiki məlumatlara ehtiyac duyduğunu göstərir.

Google, 2020-ci ilin ən çox axtarılan sözünü hazırladığı bir Youtube videosu ilə bildirdi. Niyə? Suallarının bəziləri, Covid-19 və dünyada yaşanan sosial qarışıqlıqlardan qaynaqlanır.

Bir marketoloq baxış bucağıyla “Niyə ən çox texnoloji məhsullar satıldı?” ya da “Tualet kağızı niyə satıldı?”, 2020-ci ili ən yaxşı təmsil edən axtarış sualları olaraq qəbul edilir. Bu suallarla marketoloqlar, ilin ən çox maraq duyulan mövzularını taparaq, müştərilərin təməl və praktiki bilgilərə olan ehtiyaclarını təmin edə bilər.

Google Data`ya görə “Niyə?” sualını “kimdə var?” və “stokta” axtarışları izlədi. Bu axtarışların ildən-ilə yüzdə səkkiz minin üzərində artım göstərdiyi diqqət çəkir. Bütün bu axtarışlar krizis zamanlarında effektli marketinq mövzusunda marketoloqlara işıq tutur. Toplum, mağaza saatlarından məhdudiyyətlərə qədər və hətta evdə necə çalışacağına qədər axtarışa yönəldi və bu axtarışlar da təməl satın alma davranışlarına dair ipucularını özü ilə bəarabər gətirdi.

Paylaşılan videoda ayrıca, NBA oyunlarının nə zaman başlayacağı, Avstraliya və ABŞ`daki meşə yanğınları, koronavirus faktları, “Chadwick Boseman” və “Eddie Van Halen” kimi məhşurların ölümlərinin axtarıldığı diqqət çəkir.

İstinad edilən videoya aşağıdaki link vasitəsilə baxa bilərsiniz.

https://youtu.be/rokGy0huYEA

 

– Marketing Türkiye

Share on facebook
Share on linkedin

Ən son xəbərlər

Pantone 2021-ci ilin rəngini açıqladı!

“Pantone” Beynəlxalq Tədqiqatlar İnstitutu 2021-ci ilin iki əsas rəngini açıqlayıb. Bel ...

2021-ci ildə “Influencer Marketing” büdcələri artacaq!

İnteraktiv Reklam Dərnəyi (IAB), ümumi sektorun "Influencer Marketing"ni anlamaq məqsədilə h ...

Reklamlar

Yeniliklərdən xəbərdar olun

Marketinqlə bağlı ən son xəbərlərdən ilk sizin xəbəriniz olsun istəyirsinizsə
e-poçt xəbər kanalımıza abunə olun

MarkClub – marketinq yönümlü
fəaliyyətlərlə məşğul olan onlayn 
platformadır.

Bizə e-poçt göndərin

info@markclub.az