Media Mərkəzi

>
>
>
2021-ci ildə “Influencer Marketing” büdcələri artacaq!

2021-ci ildə “Influencer Marketing” büdcələri artacaq!

İnteraktiv Reklam Dərnəyi (IAB), ümumi sektorun “Influencer Marketing”ni anlamaq məqsədilə həyata keçirdiyi anketin nəticələrini açıqladı. Anketdə 58 Reklam agentliyi, 16 Influencer Marketinq agentliyi və 69 reklamçı iştirak etdi. İştirakçılar, 2020-ci ilin Influencer Marketinq strategiyasında ən çox bəyənilən marka olaraq Trendyol’u seçdilər. Anketə qatılan reklamçıların 92%-i, birlikdə işlədikləri markaların 2021-ci ildə bu sahədə keçirilən kampaniyalar üçün büdcələrini artıracağını proqnozlaşdırdı. Bununla yanaşı, reklamçılar işlədikləri markaların 84%-nin 2020-ci ildə adıçəkilən sahəyə aid kampaniya təşkil etdiyini bildirdi.

“Influencer Marketing” büdcəsi artacaq!
Anket nəticələrinə əsasən, agentliklər, müştərilərin 91%-i üçün Influencer Marketinq kampaniyası təşkil etdi. Agentliklərin 2021-ci il üçün olan gözləntilərini əhatə edən sorğuda: 86%-i xidmət göstərdikləri markalar tərəfindən Influencer Marketinq kampaniyalarına ayrılacaq büdcənin artacağını, 64%-i də yenə markalarının bu kampaniyalara ayıracaqları büdcənin 10% – 30% arasında artacağını təxmin etdiyini bildirdi.

Share on facebook
Share on linkedin

Ən son xəbərlər

2020-ci ildə Google`da ən çox hansı söz axtarılıb?

Google, qlobal olaraq 2020-ci ildə istfadəçilərin ən çox axtardığı sualı açıqladı. “N ...

Pantone 2021-ci ilin rəngini açıqladı!

“Pantone” Beynəlxalq Tədqiqatlar İnstitutu 2021-ci ilin iki əsas rəngini açıqlayıb. Bel ...

Reklamlar

Yeniliklərdən xəbərdar olun

Marketinqlə bağlı ən son xəbərlərdən ilk sizin xəbəriniz olsun istəyirsinizsə
e-poçt xəbər kanalımıza abunə olun

MarkClub – marketinq yönümlü
fəaliyyətlərlə məşğul olan onlayn 
platformadır.

Bizə e-poçt göndərin

info@markclub.az