Media Mərkəzi

>
>
>
Loqoların əsl mənaları

Loqoların əsl mənaları

Loqo dizayn edərkən rəng uyğunluğu, sadəlik, yaradıcılıq, və.s deyə bir çox kriteriyalar nəzərə alınır. Bəzi loqolar hər hansı bir mesaj verilmədən dizayn edilsə də, bəzi loqolar sahib olduğu gizli anlamlara görə diqqətlə baxılmalıdır. Yeni rubrikamızda mütəmadi olaraq bu tipli loqoları sizlərlə bölüşəcəyik.

  • Əksəriyyətimizin tanıdığı @nbc-nin loqosu, ilk baxışda anlaşılmasa da, əslində bir tovuzquşunu simvolizə edir.1950-ci illərin əvvəllərində “NBC”-nin sahibi “RCA” şirkəti ilk rəngli televizoru istehsal etməyə başlamışdır. Dolayısıyla, bu mənanı daşıması məqsədilə loqo da rəngarəng hazırlanmışdır. Bundan əlavə, biraz daha diqqətlə baxsaq, loqoda tovuzquşunun təsvir olunduğunu üst qismindəki çıxıntıdan da anlamaq mümkündür.

  • “Carrefour”, Fransa mərkəzli beynəlxalq supermarketlər şəbəkəsidir. Şirkətin loqosu ən çox bilinən loqolardan hesab edilir. O, ilk baxışdan sadəcə qarşı-qarşıya duran 2 ox kimi görünsə də, əslində loqonun mərkəzi hissəsində “C” hərfi vardır. Buna uyğun olaraq, onu da qeyd edək ki, “Carrefour” dilimizə “qovşaq, kəsişmə” kimi tərcümə olunur.

  • Çoxumuzun bildiyin əksinə fillər qeyri-adi istedadlara sahib heyvanlardandır. Bunlardan biri də onların hər simanı və hadisəni xatırlamaqlarıdır. Məhz bu səbəbdəndir ki, qeyd proqramı olan @evernote‘da öz logosunda bu möhtəşəm heyvandan istifadə edir. Diqqət olunmalı digər vacib bir məqam isə “Evernote” logosunda fil qulağının bir küncünün qatlanmasıdır. Burda şirkət insanların kitab, jurnal və s. oxuduqları zaman xatırlamalı olduqları hissəni qatlamaqlarından ilham almışdır.

  • Dünyaca məşhur olan @pinteresttətbiqi öz xüsusiyyətlərinə və həmçinin öz loqosuna görə də fərqlənir. Şəkildə gördüyünüz Pinterest loqotipi ortada ağ rəngli “P” yazılmış qırmızı bir dairədir. “Pin” sözü və lövhəyə bir şey bağlamaq aktı markanın şəxsiyyətində çox vacib bir yer tutduğundan, Pinterest loqotipində “P” hərfində gizlədilmiş pin dizaynı var. Eyni zamanda, Pinterest şəbəkəsinə diqqəti cəlb etmək üçün tez-tez istifadə olunan “pin it” (onu işarələ) ifadəsindən də istifadə olunmuşdur.

  • @tobleroneid dünyada ən çox sevilən şokolad brendlərindən biridir. İlk baxışda brendin loqosu sadəcə dağ kimi görünsə də əslində, diqqətlə baxdığımız zaman ayı simvolu olduğunu görə bilərik. Çünki brend İşveçrənin Bern şəhərində yaradılmışdır. Bu şəhər isə “ayıların şəhəri’ olaraq da bilinir. Eyni zamanda, brendin adında “B, E, R, N” hərflərinin də məqsədli şəkildə yerləşdirildiyi düşünülür.

  • “Beats Electronics” qulaqcıqlar və digər səs məhsulları istehsal edən şirkətdir. Şirkətin loqosunun mənası bəsit görünsə də maraqlı bir məna ilə alıcıları cəlb etməyi bacarmışdır. Belə ki, loqonun mənası sadəcə “b” hərfini deyil, həmçinin məqsəd qulaqcıq görünüşü ilə loqonu yaddaşlara həkk etməkdir.

  • “L” və “G” hərflərinin birləşməsindən yaranan loqo bir növ insan simasını xatırladır. Bu isə şirkətin insanlarla olan münasibətini simvolizə edir. Başqa bir fərziyəyə görə isə loqonu bir az sağa tərəf 45 dərəcə fırladıb, mərkəzində ki, “L” hərfini kənara doğru sürükləsək, simvolik olaraq gülümsəyən adam görüntüsü yaranar ki, bu da “LG”nin öz müştərilərində təbəssüm görmək arzusunda olduğu mesajını verir.

  • Dünyanın ən böyük e-ticarət saytı olan @amazon, loqosunda 2 fərqli mesaj verir. Birincisi A hərfindən Z hərfinə gedən oxdur ki, bu A-dan Z-yə istədiyiniz hər şeyi tapa biləcəyiniz anlamına gəlir. İkincisi isə eyni oxun gülümsəyən mimika yaratmasıdır. Burada isə “Amazon” şirkəti, müştərilərinin daima xoşbəxt olduğu mesajı verir.

 

Share on facebook
Share on linkedin

Ən son bloqlar

Marlboro Markasının Maraqlı Reklam Strategiyası

  Dünyanın ən məşhur tütün markaları arasında yer alan "Marlboro" haqqında gerçə ...

“Apple”-ın imici necə formalaşıb?

Fərdi kompüter dəstini satmaq üçün 1 aprel 1976-cı ildə Steve Jobs, Steve Wozniak və Ronald ...

Reklamlar

Yeniliklərdən xəbərdar olun

Marketinqlə bağlı ən son xəbərlərdən ilk sizin xəbəriniz olsun istəyirsinizsə
e-poçt xəbər kanalımıza abunə olun

MarkClub – marketinq yönümlü
fəaliyyətlərlə məşğul olan onlayn 
platformadır.

Bizə e-poçt göndərin

info@markclub.az