Media Mərkəzi

>
>
>
KFC, Çində müştərilərin təmassız sifariş verməsinə imkan yaratdı!

KFC, Çində müştərilərin təmassız sifariş verməsinə imkan yaratdı!

Budur, artıq Çindəki KFC restoranları, COVID-19 səbəbi ilə yaranan sosial məsafə anlayışını, öz-özünə idarə olunan qida maşınları ilə yeni bir səviyyəyə qaldırdı!

COVID-19 pandemiyası ilə həyatımıza daxil olan sosial məsafə qaydalarına görə insanlar, mümkün qədər təmassız ödəmə üsullarına və çatdırılmaya üstünlük verməyə başladılar. Bunu avtonom nəqliyyat vasitələri ilə birləşdirən KFC isə, “qida maşınları” adlanan kiçik qida daşıyıcılarında 5G texnologiyasından istifadə etməklə bu sahəyə yenilik gətirdi.
Pekin mərkəzli “Neolix” startapının məhsulu olan və avtonom nəqliyyat vasitələri təklif edən KFC mini paylama alətləri, Çinin ən sıx məskunlaşılan şəhəri – Şanxayda müştərilərə təqdim edildi. “Shanghaineko” adlı Twitter istifadəçisi də metro stansiyasının qarşısında KFC-nin avtonom nəqliyyat vasitələrinin fotosunu çəkmişdir.
Tək bir batareya ömrü ilə 100 kilometr yol qət edə bilən bu daşıyıcıların sürəti, 50 km / saatdır.
Nəqliyyat vasitəsindəki ekrandan sifariş verə və QR kodu ilə ödəniş edə bilərsiniz.
Müştərilər, KFC-nin avtonom avtomobilini ekran vasitəsilə sifariş verir. Ödəmə, QR kodu ilə həyata keçirildikdən sonra sifarişlər çatdırılır. Bütün bu prosesin, insanların qarşılıqlı əlaqəsi olmadan baş verməsi, COVID-19 ilə mübarizədə üstünlük qazandırır. Bununla birlikdə, məhsulu qəbul edərkən kabinet qapısını açmaq və bağlamaq lazımdır. İstifadəçilərin isə onlardan birbaşa istifadə etdiyini nəzərə alsaq, əlləri təmizləmək və gigiyenik qaydalara riayət etmək faydalı olardı.

Share on facebook
Share on linkedin

Ən son xəbərlər

2020-ci ildə Google`da ən çox hansı söz axtarılıb?

Google, qlobal olaraq 2020-ci ildə istfadəçilərin ən çox axtardığı sualı açıqladı. “N ...

Pantone 2021-ci ilin rəngini açıqladı!

“Pantone” Beynəlxalq Tədqiqatlar İnstitutu 2021-ci ilin iki əsas rəngini açıqlayıb. Bel ...

Reklamlar

Yeniliklərdən xəbərdar olun

Marketinqlə bağlı ən son xəbərlərdən ilk sizin xəbəriniz olsun istəyirsinizsə
e-poçt xəbər kanalımıza abunə olun

MarkClub – marketinq yönümlü
fəaliyyətlərlə məşğul olan onlayn 
platformadır.

Bizə e-poçt göndərin

info@markclub.az