Media Mərkəzi

>
>
>
Pantone 2021-ci ilin rəngini açıqladı!

Pantone 2021-ci ilin rəngini açıqladı!

“Pantone” Beynəlxalq Tədqiqatlar İnstitutu 2021-ci ilin iki əsas rəngini açıqlayıb. Beləki 20 ildən çoxdur ki, “Pantone ilin rəngi” məişət və sənayedə məhsulların dizaynı, inkişafı, satışı ilə bağlı bir çox qərarlara öz təsirini göstərmişdir. “Pantone ilin rəngi” seçim prosesi dərin dəyərləndirmə və trend analizi tələb edir. Pantone Rəng İnstitutunun ekspertləri hər il rəng seçmək üçün bütün dünyada yeni rəng çalarları axtarışında olurlar.

Bu il isə onlar hər kəsi təəccübləndirərək bir yox, iki rəng seçdilər. Pantone 17-5104 Ultimate Gray və Pantone 13-0647 Illuminating, bir birindən asılı olmayan bu iki rəng, fərqli ünsürlərin bir-birini dəstəkləməsi üçün necə bir araya gəldiyini vurğulayır.

Ultimate Gray- praktik və qaya kimi sağlam, qərarlı, Illuminating- isə optimist, güclü və pozitivliyi ifadə edir. Pantone 17-5104 Ultimate Gray və Pantone 13-0647 Illuminating rəngləri cəsarətlə dəstəklənən bir xoşbəxtlik mesajıdır.Pantone 13-0647 Illuminating, günəş enerjisinə bürünmüş, canlı, parlaq, şən sarı bir kölgədir. Pantone 17-5104 Ultimate Gray isə qalıcı və möhkəm təməl yaradan etibarlı elementlərin simvoludur. Çimərlikdəki çınqıl daşlarının rənglərini, həmin çınqılın çürümüş görüntüsünü, zamana qarşı savaşmaq, mübarizə aparmaq bacarığını vurğulayan təbii elementlərin rəngini Ultimate Gray təmin edir. Bu rəng rahatlıq, inad və möhkəmlik hisslərini sakitcə təşviq edir.

Share on facebook
Share on linkedin

Ən son xəbərlər

2020-ci ildə Google`da ən çox hansı söz axtarılıb?

Google, qlobal olaraq 2020-ci ildə istfadəçilərin ən çox axtardığı sualı açıqladı. “N ...

2021-ci ildə “Influencer Marketing” büdcələri artacaq!

İnteraktiv Reklam Dərnəyi (IAB), ümumi sektorun "Influencer Marketing"ni anlamaq məqsədilə h ...

Reklamlar

Yeniliklərdən xəbərdar olun

Marketinqlə bağlı ən son xəbərlərdən ilk sizin xəbəriniz olsun istəyirsinizsə
e-poçt xəbər kanalımıza abunə olun

MarkClub – marketinq yönümlü
fəaliyyətlərlə məşğul olan onlayn 
platformadır.

Bizə e-poçt göndərin

info@markclub.az