Media Mərkəzi

>
>
>
“Apple”-ın imici necə formalaşıb?

“Apple”-ın imici necə formalaşıb?

Fərdi kompüter dəstini satmaq üçün 1 aprel 1976-cı ildə Steve Jobs, Steve Wozniak və Ronald Wayne tərəfindən qurulan Apple I markası, marketinq dünyasına yeni bir perspektiv gətirdi. Apple markası, bir müddət sonra inkişaf etdirdiyi məhsullar, texnologiyaya olan marağı və yaxşı marketinq strategiyası ilə ortaya çıxdı və bazarda öz sözünü demiş oldu.

Şirkət, 2007-ci ildə hamını təəccübləndirən addım ataraq, “iPhone”-u bazara təqdim etdikdən sonra öz strateji addımlarını daha güclü şəkildə atmağa başladı. Əsasən, dörd addıma hədəflənən şirkət, bunu uğurla tətbiq etməyi bacarmışdı:

  • İçinizdəki dahini ortaya çıxarmaq – müştərilərinizə əvvəllər edə bilmədiklərini, heç təsəvvür etmədikləri bir şeyi öyrədin və onlar öz fədakarlığı ilə sizi mükafatlandıracaqlar. Məsələn, Apple mağazalarında, insanların kompüterləri daha yaxşı başa düşmələrini və istifadə etmələrini təmin edəcək “One to one” adlı bir proqram təklif olunur. Bir “Mac kompüteri” alırsınızsa, ildə 99 dollar ödəməklə bu proqrama daxil ola bilərsiniz. “Yaradıcılar” adlanan Apple təlimçiləri burada sizə xüsusi təlim verir. Buna görə müştərilər kompüter istifadəsi, veb sayt dizaynı, foto və videoların paylaşılması və redaktəsi, təqdimatlar hazırlanması kimi bir çox şeyi öyrənə bilərlər. “One to one” proqramı ömrü boyu davam edəcək müştərilər yaratmaq üçün həyata keçirilmişdir. Əsas fikir budur ki, bir məhsulu nə qədər yaxşı başa düşsən, ondan o qədər razı qalacaq və şirkətlə uzunmüddətli münasibətlərini davam etdirəcəksən. Təlimatçılar əsasən, rəhbərlik və təlim vermək üçün orada olsalar da, müştərilərinə ilham vermək və onları düşündüklərindən daha yaradıcı etmək məqsədi də daşıyırlar.
  • Yeni məhsullarını təqdim etməmişdən əvvəl maraq oyandırmaq – əvvəllər də etdikləri əsrarəngiz məhsul tanıtımları ilə istifadəçilərində böyük maraq oyadan Apple, bazara çıxdıqdan sonra həvəskarlarını məyus etmədən inkişaf etdirdiyi texnologiyalarla keyfiyyətini bir addım daha irəli aparır və məhsulunun təqdimatını mükəmməl şəkildə izləyicilərə ötürə bilir. Bunun ən yaxşı göstəricisi, məhsulun satış tarixinə qədər çox sayda əvvəlcədən sifariş alması və məhsulun satışa çıxarıldığı gün mağazalardakı növbələrdir.
  • “Product Placement” (Məhsul yerləşdirmə) gücü – 2014-cü ildə Apple özünü bədii filmlərdə ən çox göstərən marka olaraq, marketinqdə “Ən yaxşı məhsul yerləşdirmə mükafatı” almışdır. Təəccüblü tərəf isə budur ki, Apple tərəfindən edilən açıqlamaya görə, film sektorunda məhsul yerləşdirmə ilə bağlı hər hansı bir marketinq və büdcə işi görmədiklərini elan etmişdilər.
  • Sadəlik – ilk bazara daxil olduqları andan bəri Steve Jobs-un da zaman irəlilədikcə daha da təkmilləşdirdiyi məhz bu strategiya oldu. Steve Jobs, bunu həm məhsullara, həm də reklam kampaniyalarına daxil etməyi uğurla bacarmışdır. Hətta Apple, Facebook və Twitter-dəki rəsmi səhifələrində heç bir paylaşım olmamasına rəğmən, 10 milyon izləyici toplamağı  bacarmışdır.

Həmçinin şirkət, bu strategiyalardan əlavə, mağazaları üçün də xüsusi strategiya hazırlayıb və tətbiq edir. Onlara daxildir:

  • Daha çox hislərə xitab edən təcrübələr yaratmaq – beyin, çoxsaylı hisslərə xitab edən təcrübələri sevir. Başqa sözlə, insanlar məhsulları görməyi, onlara toxunmağı və onlarla oynamağı çox sevir. Apple mağazasına girdikdə, bütün notebook, kompüter ekranlarının 90 dərəcədən daha böyük bucaq altında dayandığını görəcəksiz. Bunun səbəbi, ekranda mətni görə bilməyiniz, ancaq oxuya bilmək üçün ekrana toxunaraq tənzimləməli olmanızdır. Mağazadakı hər bir cihaz işləyir və internetə qoşulur. Məhsullarla nə qədər vaxt sərf etsəniz də, heç kim sizi mağazadan çıxarmaz. Bu toxunma hissi sizinlə cihaz arasında emosional əlaqə yaradır.
  • Xidmətə fokuslanma – Apple mağazaları işçilərinə hər bir müştəri münasibətində 5 satış texnikasını öyrədir. Buna Apple-ın 5 xidmət pilləsi deyilir. Bunlar aşağıdakılardır:
  1. Müştərini xüsusi formada isti və səmimi qarşılamaq;
  2. Müştərinin ehtiyacını öyrənmək üçün sual vermək;
  3. Müştərinin bu gün evə apara biləcəyi ən azı bir həll təklif etmək;
  4. Qaranlıq qalmış sualları dinləyib həll yolları tapmaq;
  5. Səmimi bir yola salma və yenidən görüşmək üçün dəvətnamə ilə bitirmək.

Bu kimi uğurlu strategiyaları tətbiq edən şirkət, məhsulunun baha olması baxımından da xüsusi kütləyə xitab edir. Məhsulun niyə baha olmasının səbəblərini isə Tim Cook, qablaşdırılmasının xüsusi olmasından dolayı olduğunu vurğulamışdır.

Share on facebook
Share on linkedin

Ən son bloqlar

Marlboro Markasının Maraqlı Reklam Strategiyası

  Dünyanın ən məşhur tütün markaları arasında yer alan "Marlboro" haqqında gerçə ...

Bu Gerilla marketinq nümunələrinə diqqətlə baxın

Bildiyimiz kimi, hazırda dünyanın müxtəlif yerlərində milyonlarla insan təmiz sudan istifad ...

Reklamlar

Yeniliklərdən xəbərdar olun

Marketinqlə bağlı ən son xəbərlərdən ilk sizin xəbəriniz olsun istəyirsinizsə
e-poçt xəbər kanalımıza abunə olun

MarkClub – marketinq yönümlü
fəaliyyətlərlə məşğul olan onlayn 
platformadır.

Bizə e-poçt göndərin

info@markclub.az