Media Mərkəzi

>
>
>
Bu Gerilla marketinq nümunələrinə diqqətlə baxın

Bu Gerilla marketinq nümunələrinə diqqətlə baxın

  • Bildiyimiz kimi, hazırda dünyanın müxtəlif yerlərində milyonlarla insan təmiz sudan istifadə edə bilmir. @unicef (BMT Uşaq Fondu) də geniş yayılmış içməli su çatışmazlığı problemini önə çıxarmaq üçün gerilla marketinq nümunəsindən istifadə etmişdir. Belə ki, problemə diqqət çəkmək məqsədilə, ABŞ-ın Manhattan şəhərində müxtəlif yerlərdə çirkli su dolu plastik butulkalar olan avadanlıqlar quraşdırılmışdır. Təbii ki, insanlar çirkli su içmək istəməmişdir, lakin bu məsələnin həlli məqsədilə yaradılmış yardım kompaniyasında iştirak etmiş və layihə beynəlxalq mediada olduqca geniş marağa səbəb olmuşdur

  • İsveç kökənli dekorasiya və mebel brendi olan “Ikea” guerilla marketinqdən ən effektiv istifadə edənlərdən sayılır. Bu dəfəki örnəkdə “Ikea”, küçədə skamyanın ətrafını yastıqlar, qəhvə masaları və kilimlər ilə bəzədərək məhsullarının hər mühiti rahat edə biləcəyi mesajını verir. Bu nümunə guerilla marketinqin böyük imkanlarını və məhsulların istehlakçılara daha da yaxınlaşdığını nümayiş etdirir.

  • Bildiyimiz kimi, @jeep, “Off Road” avtomobil istehsal edən Amerikan brendidir. Gördüyünüz bu guerilla örnəyində “Jeep” avtomobillərin açıq havada istənilən yerə park edilə bildiyi mesajını verməyə çalışır. Bu da brendin avtomobil bazarında yerləşdiyi mövqeyi əks etdirir.

  • Bəzi “guerilla” marketinq nümunələri var ki, ilk baxışdan diqqət cəlb etməyi bacarır. Slovakiyada “McCann Ericson” reklam agentliyi tərəfindən hazırlanmış bu örnəkdə şirkət tozsoranın vakuum gücünün, tunelin özünə çəkə biləcək qədər güclü olduğu mesajını zehinlərə həkk edir. Ən qəribəsi isə odur ki, nümunədəki görüntü əslində gerçək deyil. Agentlik tərəfindən rəqəmsal mühitdə əlavə edilmişdir. Beləliklə mesaj xərcsiz şəkildə minlərlə insana çatmış və yüksək viral təsir yaratmışdır.

  • Məşhur fast-food brendi olan @mcdonalds qida məhsullarında istifadə etdiyi meyvə-tərəvəzlərin təravətli və təzə olduğunu nümayiş etdirmək üçün özünəməxsus tərzdə “guerilla marketing”-dən istifadə edib.

  • Bilindiyi kimi “Becel” şirkəti istehsal etdiyi ürək sağlığına faydalı yağlar ilə tanınır. Şəkil ilk baxışdan sadəcə lift qapısına yerləşdirilən “Becel” logosu və reklamı kimi görünsə də, liftin qapıları açıldığı zaman qarşımıza tam fərqli bir mənzərə çıxır. Şirkət liftin içərisinə yerləşdirdiyi pilləkan şəkli ilə insanları daha aktiv və sağlam həyat tərzinə keçməyə sövq edir.

  • @nivea jurnal səhifəsindən hazırladığı qeyri adi braşür ilə tətildən həzz alarkən, eyni zamanda da telefonunuzu şarj edə bilərsiniz. Vafli incəliyində bir günəş paneli ilə tək ehtiyacınız bir şarj kabeli və təbii ki, günəşdir. Şəxsi qulluq bazarının öndə gələn brendlərindən olan “NIVEA”, tətildə olanların ən böyük problemlərindən olan zəif batareya tutumu problemini də bu yolla həll edərək istehlakçıların rəğbətini qazanmağı bacarmışdır.

  • İdman zallarından biri metro dəmirlərini şəkildə göründüyüz kimi halter formasında dizayn edərək metrodan istfadə edən sərnişinlərin diqqətini çəkməyi bacarıb. Beləliklə, həmin idman zalı minlərlə sərnişinə öz reklamını yaradıcı formada təqdim edərək maraqlı bir “Guerilla marketing” nümunəsinə imza atıb.

  • Bu dəfə gördüyümüz “Guerilla marketing” nümunəsi @tyskie pivəsinindir. “Tyskie” Polşanın tanınmış pivə markasıdır. O, pivə həvəskarlarını öz məhsullarını almaq üçün qapıların tutacaqlarından yaradıcı şəkildə istifadə edərək diqqət cəlb etməyi bacarıb. Bu, doğurdan da, məhsullarını hədəf auditoriyasına çatdırmaq üçün çox sadə və yaradıcı bir üsuldur.

  • Bu liftə minməyə cəsarətiniz var? Avropada fəaliyyət göstərən “Paraşüt məktəbi” tərəfindən reallaşdırılan “guerilla marketing” strategiyasının bu nümunəsində hündürmərtəbəli binanın liftində yerləşdirilən reklam liftdən istifadə edənlərə qorxulu anlar yaşadır.
    Səmadan tullanmaq üzrə fəaliyyət göstərən bir brendin özünü anlatması və tanıtması üçün olduqca maraqlı bir “guerilla” örnəyi olan bu lift reklamı fikri, həm insanları həyəcanlandırması, həm də onları paraşütdan tullanmağa sövq etməsi baxımından olduqca uğurlu bir üsul hesab olunur.

 

 

Share on facebook
Share on linkedin

Ən son bloqlar

Marlboro Markasının Maraqlı Reklam Strategiyası

  Dünyanın ən məşhur tütün markaları arasında yer alan "Marlboro" haqqında gerçə ...

“Apple”-ın imici necə formalaşıb?

Fərdi kompüter dəstini satmaq üçün 1 aprel 1976-cı ildə Steve Jobs, Steve Wozniak və Ronald ...

Reklamlar

Yeniliklərdən xəbərdar olun

Marketinqlə bağlı ən son xəbərlərdən ilk sizin xəbəriniz olsun istəyirsinizsə
e-poçt xəbər kanalımıza abunə olun

MarkClub – marketinq yönümlü
fəaliyyətlərlə məşğul olan onlayn 
platformadır.

Bizə e-poçt göndərin

info@markclub.az