Media Mərkəzi

>
>
>
Ölkənin ən yaxşı reklam məktəbi olmağı hədəfləyən “Düymə Agency” -nin təsisçisilərindən olan Faiq Əliyevlə mühasibə

Ölkənin ən yaxşı reklam məktəbi olmağı hədəfləyən “Düymə Agency” -nin təsisçisilərindən olan Faiq Əliyevlə mühasibə

faiq aliyev

Ölkəmizin tanınmış marketinq agentliyi “Düyme Agency”nin təsisçilərindən olan Faiq Əliyevlə həyata keçirdiyimiz müsahibəni sizlərin diqqətinə çatdırırıq.

1. ”Düymə Agency” necə yarandı?

Agentlik, 2015-ci ilin 4 fevral tarixində yaranıb. Biz, 4 dost birlikdə şirkəti qurmuşduq. İlk başlayanda qısa filmlər çəkirdik. Sonra komandanı böyüdüb digər xidmətləri də əlavə etdik. İlk başladığımız gündən fikrin gücünə önəm verən, böyük fikrin reklamın onurğası olduğuna inanan və bunu tətbiq edən bir komanda idik.

2. Markanızın ideyasının yaranma hekayəsi necədir?

Şirkəti qurarkən əsas məqsədimiz, xidmət verdiyimiz markaların müştəriləri ilə sıx bağ yaratmasına kömək olmaq idi. “Düymə” adı ağlımıza gələndə sırf bu məqsədi hədəfləmişdik. Düymə, marka ilə müştərini birbirinə bağlayır. Yəni loyallaşdırır. Loyal müştəri kütləsinin yaranması isə bütün markaların ən vacib hədəfidir. Düymə, loyallıq mənası daşıyır. Bu baxımdan həm adda, həm loqoda bunu əks etdirdik.

 

3. İndiyə qədər hazırladıqlarınız içərisində ən yadınızda qalan reklam filmi hansıdır?

heyata fokuslan

Ən çox yadımda qalan, “Focus Optika” üçün etdiyimiz “Həyata fokuslan” kampaniyası idi. Sosial media ilə başlayıb sonra metro bilbordlarına daşıdığımız bu layihə, yanlız ölkə sərhədləri çərçivəsində qalmadı, eyni zamanda, dünyanı da gəzdi. Amerika, Rusya, Türkiyə, Fransa, Misir, Qazaxıstan mediasında yer aldı. Paylaşıldığı həftə viral oldu. Bu şəkildə ölkəni qlobal səviyyədə təmsil edən 2 agentlik var. Qlobal səviyyəyə öz işini daşıya bilən agentlik olaraq sayımız azdır. Artmalıdır ki, ölkədəki reklam sektoru da inkişaf etsin.

 

 

4. “50 Years” reklamının ərsəyə gəlmə mərhələsi necə oldu?

“50 Years” ideyası 23 fərqli ideyanın müzakirəsinin sonunda agentliyin kreativ komandasının üzvü olan Tutu Poladovadan çıxdı. 23 ədəd ideya var idi. Onları müzakirə edirdik, amma o ideyalar, tam istədiyimiz mesajı vermirdi. Müzakirənin sonlarına yaxın təklif olunan tamamilə yeni bir ideya daha çox bəyənildi və sonra onu müştəriyə təklif etdik. Hətta bu ideya elə müştəri ilə o görüş zamanı telefon danışığında satıldı. Heç təqdimata ehtiyac olmadan layihənin fikir gücünün təsiri ilə reallaşdı. O dönəmdə Bakı Metropoliteninin 50 yaşı tamam olurdu. Biz də öz markamız adından 50 ildir bizə xidmət verən bu dövlət qurumunu həm təbrik etdik, həm də bu təbrik posterinə öz reklamımızı yerləşdirdik. Bir quruma ad günü hədiyyəsi kimi də onun satdığı bir məhsulu, bilbordu alaraq öz mövqeyimizi göstərdik. Bu tərz yanaşma, Azərbaycanda ilk dəfə baş verirdi.

duyme agency

Mesaj isə sadə idi:

“Happy 50 Years Baku Metro”.  Siz də “Əlli yırs” oxudunuz? O zaman ILBS-ə müraciət edin.

Həmin vaxt müştərinin tələbi, bazara giriş etdiyi ilk ayda digər rəqiblərdən çox fərqlənmək idi. İngilis dili kursları ilə başladığı üçün ingilis dilinə vurğu edən kampaniya hazırladıq. Həmin reklam panosu, ilk həftədə viral oldu. Sosial mediada olmamasına baxmayaraq, insanlar tərəfindən sosial mediaya daşındı. Bilbordun şəklini çəkib, “Bakı metrosunda gördüyüm ən kreativ reklam”, “Mən də 50 Yırs oxudum”, “İngilis dili səviyyəm yaxşı olsa da 50 yırs oxudum” kimi paylaşımlar oldu. Kampaniya 0 sosial media büdcəsi ilə 1 milyondan çox insana çatdı.

5. Sosial şəbəkələrinizdən komanda üzvlərinizəə necə dəyər verdiyiniz hiss olunur. Bu cür komanda ruhunu formalaşdırmaq və saxlamaq üçün hansı addımlar atırsınız?

Addımlardan öncə vizyon məsələsi gəlir. Bu işi görərkən ətrafımda eyni frekansda insanların olmağı çox vacibdir. Necə ki, ailə qurursunuz, bütün zamanını onlarla keçirir yaşayırsınız, agentlik də belədir. Ona görə həmin ailədəki fərdlər də sizin düşüncənizə, vizyonunuza yaxın insanlar olmalıdır ki, işdən, uğurlardan eyni dadı ala biləsiniz. Bu vizyon varsa, təbii şəkildə, dəyər vermək prosesi özü özlüyündə formalaşır. Sevdiyim işi görürəm, sevərək edirəm və eyni şəkildə sevdiyi işi görən, sevərək edən insanlarla bunu etməliyəm. Birinin yalnız bacarıqlı olmağı bizim üçün kifayət deyil. Onun xarakteri, şəxsi keyfiyyətləri də bir o qədər vacib məsələdir. Eyni işi eyni keyfiyyətdə görən çox insan tapmaq olar amma xarakter, yanaşma, şəxsi keyfiyyətlər bizim üçün daha vacibdir. Agentlikdə fərqli motivasiya metodları tətbiq edirik və hansılar ki, daha çox işə yarayır, o metodu daha da inkişaf etdiririk.

6. Düymə Agency-də iş imkanları necədir? Gənclər üçün təcrübə proqramları mövcuddurmu?

– Bacarıqlı, işini sevən, vizyonu olan hərkəs üçün iş imkanları mövcuddur. Təcrübə proqramı elan etmirik. Adətən hər il aprel ayında təcrübəçi götürməyə çalışırıq.

7. “Cannes Lions” Beynəlxalq Yaradıcılıq Festivalında iştirakınız haqqında təəssüratlarınız necə oldu?

“Cannes Lions” 2 ildir ki, getməyi planlayıb işlərdən vaxt edə bilmədiyim, arzumda olan plan idi.

Keçən ilə qismət oldu. 5 ildir lokal səviyyədə tətbiq etdiyimiz yanaşmaların doğru olduğunu və bu yolda davam etmək lazım olduğunu qlobal səviyyədə bu festival sayəsində yenidən anladım. Hər günü ayrı bir macəra, hər günü ayrı bir xəzinə axtarışı idi. Dünyanın ən böyük şirkətlərinin marketinq, kreativ kommunikasiya keyslərinin bölüşüldüyü möhtəşəm bir festival idi. Həmçinin, yaxşı əlaqələrin qurulması, netvorkinq imkanlarının bol olduğu bir tədbirdir. Mən çox şey öyrəndim. Oradan ən çox yadımda qalan iki mottonu sizinlə bölüşəcəm:

  • Qayğı göstər və qayğı gör – markalar, daha çox insan olmalıdır. Daha çox insanların qayğılarına diqqət etməlidir.
  • Cəsarətli olanı et, doğru olanı etmə. “Doğru olan” ifadəsi əla səslənir, möhtəşəm görünür. Bunu hərkəs edə bilər. Düz olanı etmək kifayətdir. Amma sadecə “kifayət etmək” nəticə üçün kifayət deyil. Bəs onda səhv olanı etmək? Əlbəttə yox, cəsarətli olanı et. Hansı ki, səni yatmağa qoymayacaq, hansı ki, səni milyonlarla bilinməzlik, məchulluq içinə atacaq. Birinci, qorxudacaq, amma sonrasında nə qədər dahiyanə olduğunu görəcəksən. Etməli olduğun budur, cəsarətli olanı etmək.

Ən çox yadımda qalan bu iki mesaj idi. Və bu 2 mesajı qayıdandan bəri öz sloqanlarım halına çevirmişəm. Ondan sonar, “Həyata fokuslan” kimi layihələr daha da çoxalmağa başladı. Hansı ki, illərdir “50 Years” layihəsində də düz olanı yox, cəsarətli olanı etmişdik. İşlədiyimiz markaları bu yöndə maarfiləndirdik. Həmçinin, Cannes Lions-a gedərkən belə markalarımız dəstək olmuşdu. Çalışdığımız müştəriləri də eyni frekansda olmağa təşviq edirik. Və hər birinə çox təşəkkür edirəm ki, bizə güvənib bu yolda bizimlə davam edirlər.

“Cannes Lions” Beynəlxalq Yaradıcılıq Festivalından vlogu izləmək üçün bura klikləyin.

8. 5 il sonra agentlik harada olmağı planlayır?

5 il biznes üçün çox uğurlu vaxtdır. 5 yaşımız tamam olanda bunu, yaxşı mənada, hiss etdik. Onun üçün növbəti 5 il, əvvəlki illərin verdiyi təcrübə ilə daha uğurlu olacaq. 5 il sonra artıq Azərbaycanın həm ilk Cannes Lions mükafatına sahib agentliyi olmağı, həm də qlobal səviyyədə daha çox təmsil olunmağı hədəfləmişik. Deyərdim ki, həm ən yaxşı reklam agentliyi olmaqla bərabər, həm də ən yaxşı reklam məktəbi olacağıq. Ölkənin reklam sektoru çox gəncdir. Biz, gənc ruhu saxlamağı, ancaq daha peşəkar olmağı düşünməliyik.

 

Faiq bəyin “Reklam Hekayələri” adlı vebinarını izləmək üçün bura klik edin.

Share on facebook
Share on linkedin

Ən son müsahibələr

Reklamlar

Yeniliklərdən xəbərdar olun

Marketinqlə bağlı ən son xəbərlərdən ilk sizin xəbəriniz olsun istəyirsinizsə
e-poçt xəbər kanalımıza abunə olun

MarkClub – marketinq yönümlü
fəaliyyətlərlə məşğul olan onlayn 
platformadır.

Bizə e-poçt göndərin

info@markclub.az