Media Mərkəzi

>
>
>
Instagram “Reels” və “Alış-veriş” (Shopping) funksiyalarını ana səhifəyə köçürür!

Instagram “Reels” və “Alış-veriş” (Shopping) funksiyalarını ana səhifəyə köçürür!

Instagram “Reels” və “Alış-veriş” (Shopping) funksiyalarını ana səhifəyə köçürür!

Son vaxtlarda gətirdiyi dizayn yenilikləri ilə gündəmdə olan Instagram, bu dəfə də “Reels” və “Alış-veriş” butonlarını ana səhifəyə gətirir. Gəlin, bu funksiyalarla yaxından tanış olaq:
Reels, kontent əlavə etmək üçün istifadə edilən “Yarat” (Create) butonunu əvəz edərkən, bildirişləri göstərən “Bəyən” (Like) butonunun yerini “Alış-veriş” butonu alacaq.
Ana səhifədə yerləşdirilməsi düşünülən Alış-veriş butonu, Instagram @shop hesabının idarəçiləri tərəfindən seçiləcək və məzmun etibarilə alış-verişə istiqamətlənəcək video və məhsullara yönlənəcəkdir. Əlavə olaraq, bildirək ki, adıçəkilən funksiyada fərdi təkliflər də mövcuddur.
Reels butonu isə istifadəçiləri reels axınına yönəldir. “TikTok” tətbiqinin, demək olar, eynisi olan Reels, Instagram-ın son aylarda yayımladığı ən vacib funksiyalardan biridir. Platformanın artıq bu funksiyanın dizaynını və xüsusiyyətlərini inkişaf etdirəcəyini söyləyə bilərik. Şirkət, hətta bu vasitə ilə alış-veriş etməyi, il ərzində testdən keçirməyə başlayacağını açıqlamışdı.
Yeni dizaynda “Bəyən” və “Yarat” butonları sağ üst küncə köçürülərək, “Messenger” loqosunun yanında yerləşdiriləcək. Bu yeni dizaynda “IGTV”-nin Ana səhifə düymələri arasında olmaması isə diqqət çəkir. Dizayn yeniliyi daxilində IGTV-yə yalnız “Kəşflər” bölməsində daxil olmaq mümkündür.
Əslində, bu onu göstərir ki, IGTV-yə istifadəçilər tərəfindən yetərincə üstünlük verilmir. Halbuki, şirkət, may ayında kontent yaradıcılarının “Canlı Yayım” nişanları və IGTV reklamları ilə gəlir əldə etməsini təmin edərək, YouTube-un yolu ilə getməyi seçmişdi. Oktyabr ayında isə Instagram, IGTV-yə alış-veriş xüsusiyyəti əlavə etdiyini açıqlamışdı.
Instagram-ın sadə bir foto tətbiqi olmaqdan çıxıb, məzmuna və alış-verişə diqqət yetirməsi, Çin mərkəzli “WeChat” tətbiqini də xatırladır.
Platforma, “Influencer”, əməkdaşlıq və alış-veriş xüsusiyyətləri ilə bütövlükdə, bir sosial ticarət konsepsiyasını formalaşdırır. Beləliklə, o, artıq yalnız bir sosial şəbəkə tətbiqindən daha çoxudur.
Share on facebook
Share on linkedin

Ən son xəbərlər

KFC, Çində müştərilərin təmassız sifariş verməsinə imkan yaratdı!

Budur, artıq Çindəki KFC restoranları, COVID-19 səbəbi ilə yaranan sosial məsafə anlayış ...

Twitter’dakı yeni xüsusiyyətlər: “Audio Spaces” və “Fleets”!

Twitter’dakı yeni xüsusiyyətlər: Səs mərkəzli "Audio Spaces" və hekayələr bənzəri "Fle ...

Reklamlar

Yeniliklərdən xəbərdar olun

Marketinqlə bağlı ən son xəbərlərdən ilk sizin xəbəriniz olsun istəyirsinizsə
e-poçt xəbər kanalımıza abunə olun

MarkClub – marketinq yönümlü
fəaliyyətlərlə məşğul olan onlayn 
platformadır.

Bizə e-poçt göndərin

info@markclub.az