Media Mərkəzi

>
>
>
MailChimp (SMT) nədir? – E-mail Marketinqdə Elektron Poçtalyonunuz 2020

MailChimp (SMT) nədir? – E-mail Marketinqdə Elektron Poçtalyonunuz 2020

MailChimp Social Media Tool: Gərgin iş şəraitində və rəqabət dönəmində olduğumuz bu vaxtlarda zamandan səmərəli istifadə və onun idarə olunması mühüm məsələyə çevrilib. Ancaq müəyyən işlər var ki, onların icrası xeyli zaman tələb edir. Məsələn, elan etdiyimiz vakansiyaya müraciət edən 500 nəfərə təsdiq e-poçtunun göndərilməsi. Bunu tək-tək etdiyimizi bir düşünsək, düşüncəsi belə yorucu gəlir. Bu yazıda e-poçt işimizi asanlaşdıracaq sosial şəbəkə aləti olan “MailChimp”dən bəhs edəcəyik.

MailChimp, öz e-poçt dizaynlarımızı, bülletenlərimizi hazırlaya biləcəyimiz və minlərlə istifadəçiyə eyni və yaxud təyin olunmuş anda mail göndərə biləcəyimiz bir e-poçt marketinq proqramıdır. 2001-ci ildə bazara qədəm qoyan MailChimp, hər ay istifadəçilərə 4 milyarddan çox e-poçt göndərməklə və ümumilikdə 20 milyondan çox istifadəçiyə xidmət göstərməklə e-poçtalyon vəzifəsini icra edir. Bu günə qədər 246 milyarddan çox e-poçt göndərən, sektorun aparıcı e-poçt marketinq xidmətlərindən biridir. MailChimp proqramından istifadə edərək poçt siyahıları, e-poçt bülletenləri, avtomatik e-poçt kampaniyaları və daha çox şey yarada bilərsiniz. Sektordakı digər e-poçt marketinqi vasitələrindən fərqli olaraq, istifadəçiyə güclü idarəetmə və geniş imkanlar yaradır. Onu mobil tətbiq kimi endirə və yaxud buradan qeydiyyatdan keçərək istifadə edə bilərsiniz. İndi isə gəlin MailChimp’in xüsusiyyətlərinə və imkanlarına nəzər yetirək:

     Qeydiyyat və başlanğıc: MailChimp ilə qeydiyyat və işə başlamaq asandır. Bir siyahı yaratdıqdan sonra ilk kampaniyanıza dərhal başlaya bilərsiniz. Daha sonra sizin üçün bütün e-poçt marketinq prosesini idarə edəcək. Kodlaşdırma məlumatınız olmasa da MailChimp-dən istifadə edə bilərsiniz. Gözəl dizayn edilmiş bir e-poçt yaratmaq üçün HTML və kodlaşdırma biliklərinə ehtiyacınız yoxdur.

E-poçt kampanyalarınızı avtomatlaşdırmaq: MailChimp-in ən böyük üstünlüyü, e-poçt kampaniyalarınızı avtomatlaşdırma imkanı təklif etməsidir. Bu, bir siyahıya yazıldıqdan sonra bir abunəçiyə göndərilən avtomatik bir məktub və ya sadə bir təşəkkür ola bilər.

 

Coğrafi hədəf kütlənin seçilməsi: Yaratdığınız elektron poçtlarda coğrafi olaraq yalnız müəyyən bir abunəçi qrupunuzu hədəf almaq istəyirsiniz? MailChimp’in bunun üçün də inkişaf etmiş bir həlli var. Müəyyən bir şəhər, əyalət və ya digər coğrafi bölgə üçün bir e-poçt reklam etmək istədiyiniz zaman coğrafi hədəfləmə köməkçisindən istifadə edə bilərsiniz.

 

Analiz: Bir elektron poçt kampaniyasının ən həyəcan verici hissəsi, kampaniyanın necə performans göstərdiyini izləməkdir. Neçə abunəçi elektron poçtunuzu uğurla qəbul etdi? Göndərdiyiniz poçtu neçə abunəçi açdı? Məktubunuzdakı bağlantılara neçə dəfə daxil olundu? Hansı linklər daha çox klikləndi? Bu kimi suallara analiz vasitəsilə cavab tapa bilər və özünüzü inkişaf etdirə bilərsiniz.  

Qiymət: MailChimp istifadə etmək, başlanğıc üçün pulsuzdur. Şəxsi və ya kommersiya istifadəsindən asılı olmayaraq, pulsuz istifadə limitinə çatana qədər MailChimp-in bütün xüsusiyyətlərindən istifadə edə bilərsiniz. Təbii ki, geniş imkanlar və limitsizlik üçün abunə haqları mövcuddur. Ümumi qiymətlər bu şəkildədir:

Faydalı olmağı ümidi ilə…

“Hootsuite” haqqında bloq yazımı isə bu linkdən oxuya bilərsiniz:

https://markclub.az/media-merkezi/hootsuite-sosial-sebekelerde-isimizi-asanlasdiran-smt

Share on facebook
Share on linkedin

Ən son bloqlar

Marlboro Markasının Maraqlı Reklam Strategiyası

  Dünyanın ən məşhur tütün markaları arasında yer alan "Marlboro" haqqında gerçə ...

“Apple”-ın imici necə formalaşıb?

Fərdi kompüter dəstini satmaq üçün 1 aprel 1976-cı ildə Steve Jobs, Steve Wozniak və Ronald ...

Reklamlar

Yeniliklərdən xəbərdar olun

Marketinqlə bağlı ən son xəbərlərdən ilk sizin xəbəriniz olsun istəyirsinizsə
e-poçt xəbər kanalımıza abunə olun

MarkClub – marketinq yönümlü
fəaliyyətlərlə məşğul olan onlayn 
platformadır.

Bizə e-poçt göndərin

info@markclub.az