Media Mərkəzi

>
>
>
Marlboro Markasının Maraqlı Reklam Strategiyası

Marlboro Markasının Maraqlı Reklam Strategiyası

 

Dünyanın ən məşhur tütün markaları arasında yer alan “Marlboro” haqqında gerçək olması təsdiqini tapmasa da bir rəvayət mövcuddur. Beləki, ilk qurulduğu illərdə bazarda tutunmağa çalışarkən işləri pisləşməyə doğru gedir. Bunu görən bir nəfər onlara maraqlı bir təkliflə yaxınlaşır. O, 1 ay içində satışları 3 qatına çıxara biləcəyini, uğur qazanacağı təqdirdə yarı-yarıya şirkətin ortağı olmaq istədiyini, əks halda ömür boyu Marlboro fabrikində tütün hazırlamağa razı olduğunu bildirir. Şirkətin o zamankı sahibləri də, onsuz da batmaq üzrə olan şirkətin vəziyyətini nəzərə alaraq təklifi qebul edir. Həmin şəxs çoxlu sayda boş Marlboro paketinə ehtiyacı oldugunu bildirir və onları əzərək, sanki istifadə olunub atılmış kimi göstərir. Gecə düşdükdə həmin paketleri təyyarə ilə küçələrə səpələyirlər. Səhəri gün insanlar hər yerdə həmin paketləri görərək bu qədər çox istifadə olunduğuna görə doğurdan da yaxşı olduğunu düşünməyə başlayır. Beləcə bu strategiya çox uğurla başa çatır və o ay şirkətin satışları 3 yox, düz 5 dəfə artır. Bu təkliflə şirkətə müraciət edən və satışlardan sonra şirkətin 50% – lik payına ortaq olan şəxsin adı Filip Morrisdir. Qeyd edək ki, şirkət, bugünki siqaret və tütün bazarının 60% – lik qisminə sahibdir.

Share on facebook
Share on linkedin

Ən son bloqlar

MailChimp (SMT) nədir? – E-mail Marketinqdə Elektron Poçtalyonunuz 2020

MailChimp Social Media Tool: Gərgin iş şəraitində və rəqabət dönəmində olduğumuz bu vaxt ...

“Apple”-ın imici necə formalaşıb?

Fərdi kompüter dəstini satmaq üçün 1 aprel 1976-cı ildə Steve Jobs, Steve Wozniak və Ronald ...

Reklamlar

Yeniliklərdən xəbərdar olun

Marketinqlə bağlı ən son xəbərlərdən ilk sizin xəbəriniz olsun istəyirsinizsə
e-poçt xəbər kanalımıza abunə olun

MarkClub – marketinq yönümlü
fəaliyyətlərlə məşğul olan onlayn 
platformadır.

Bizə e-poçt göndərin

info@markclub.az