Media Mərkəzi

>
>
>
Twitter’dakı yeni xüsusiyyətlər: “Audio Spaces” və “Fleets”!

Twitter’dakı yeni xüsusiyyətlər: “Audio Spaces” və “Fleets”!

Twitter’dakı yeni xüsusiyyətlər: Səs mərkəzli “Audio Spaces” və hekayələr bənzəri “Fleets”!

Twitter, bugünkü mətbuat konfransında Hekayə Formatı olan “Fleets”i , Səsli Söhbət Otaqları “Audio Space”i , “Audio DM”i və altyazı xüsusiyyətləri də daxil olmaqla, platformaya gətirəcəyi yenilikləri təqdim etdi.

Tədbirdə məruzəçi qismində, Twitter-in məhsul lideri olan Kayvon Beykpour, dizayn direktoru Joshua Harris, tədqiqat rəhbəri Nikkia Reveillac, personal məhsulu dizayneri Maya Gold Patterson və baş məhsul meneceri Christine Su çıxış etmişdir.

Tədbirdə, istifadəçilərin özlərini təhlükəsiz hiss etmələri üçün Twitter tərəfindən hazırlanmış yeni xüsusiyyətlərdən bəhs edildi. Onların, hər kəsin sərbəst danışa bilməsi və marginal insanlara, xüsusilə qadınlara, jurnalistlərə, aktivistlərə və ya azlıqlara qarşı təcavüz hallarının qarşısını almaq üçün edildiyi söylənildi.
Fleets: Twitter’ in hekayə formatı
Dizayn direktoru Joshua Harris, platformadakı bir çox insanın tənqid və ya diqqət çatışmazlığı səbəbindən tvit yazmaq istəmədiyini bildirdi.

O, insanların bu şərtlərlə tvitlərini qaralama olaraq buraxdığına, yazıb göndərmədiyinə diqqət çəkdi. Bu səbəbdən, Hekayələr bənzəri Fleets xüsusiyyətini başladıqlarını açıqladı. Harris, “ Oyuna gecikdiyimizi düşünə bilərsiniz, lakin sınaqdan keçirdik və yaxşı nəticələr əldə etdik” deyə bir şərh də əlavə etdi.
24 saat ərzində, aradan itən Fleets, Hekayələr formatının tamamilə eynisidir. Sağa sürüşdürərək bir sonrakı Fleets’ ə keçə bilər, Fleets’inizdə tvit paylaşa bilər, mətn əlavə edə və hətta fleets’lərinizi DM olaraq da göndərə bilərsiniz.


Fleets’lər, digər platformalar kimi, əsas ekranın yuxarı hissəsində olacaq. Bəlkə də, yeganə fərq bu hissənin Twitter tərəfindən Fleetline adlandırılmasıdır. İzlədiyiniz insanlar və ünsiyyət qurduğunuz son 3 nəfər Fleetline’nın üstündə görünəcək. Canlı yayımların və stikerlərin də tezliklə Fleets’ə əlavə ediləcəyi gözlənilir.
Audio Spaces: Səsli Söhbət Otaqları
Twitter-ə gələn digər bir xüsusiyyətdir. Səsli söhbət otaqları olan Audio Spaces, istifadəçilərin daha etibarlı və yaxın münasibətlər qurmasına imkan verəcəkdir. Canlı olaraq yayımlanan söhbət otaqları hələlik məhdud sayda istifadəçi ilə sınaqdan keçirilmişdir.

Səsli tvitlərə isə altyazı əlavə edilir, Audio DM xüsusiyyəti artırılır.
Səsli Söhbət Otaqları bütün diqqəti cəlb edərkən, komandanın hələ səsli tvitlərdən əl çəkmədiyini də qeyd edə bilərik. 280 simvolun özünü ifadə etmək üçün yetərli olmadığını bildirən Maya Gold Patterson, səsli tvit fikrini irəli sürmələrinin səbəbinin bu olduğunu ifadə etdi.
Twitter də tədbirdə altyazı xüsusiyyətlərini açıqladı. Komanda, eşitmə problemi olanlar üçün səsli tvitlərlə birlikdə bütün media məzmunlarına altyazı əlavə olunduğunu açıqladı.
Anons edilən digər bir xüsusiyyət isə Audio DM idi. Belə ki, bundan sonra istifadəçilər DM-də səs göndərə biləcəklər. Xüsusiyyət, hazırda yalnız Braziliyada sınaqdan keçirilsə də, 2020-ci ilin sonlarına doğru bütün istifadəçilər üçün əlçatan olacağı gözlənilir.

Share on facebook
Share on linkedin

Ən son xəbərlər

KFC, Çində müştərilərin təmassız sifariş verməsinə imkan yaratdı!

Budur, artıq Çindəki KFC restoranları, COVID-19 səbəbi ilə yaranan sosial məsafə anlayış ...

Instagram “Reels” və “Alış-veriş” (Shopping) funksiyalarını ana səhifəyə köçürür!

Instagram "Reels" və "Alış-veriş" (Shopping) funksiyalarını ana səhifəyə köçürür! Son ...

Reklamlar

Yeniliklərdən xəbərdar olun

Marketinqlə bağlı ən son xəbərlərdən ilk sizin xəbəriniz olsun istəyirsinizsə
e-poçt xəbər kanalımıza abunə olun

MarkClub – marketinq yönümlü
fəaliyyətlərlə məşğul olan onlayn 
platformadır.

Bizə e-poçt göndərin

info@markclub.az